Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dağlıq Qarabağa Rusiyanın hərbi helikopterləri də nəzarət edəcək



Newscenter.az.12.11.2020. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatında Rusiyanın Hərbi Kosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri fəaliyyət göstərəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənməsi üçün istifadə ediləcək”, - məlumatda bildirilib.

Bundan başqa, onlar çətin əlçatılan rayonlara sülhməramlı kontingentin şəxsi heyəti və mülkünü daşıyacaq.

Xatırladaq ki, son sutkada Dağlıq Qarabağa 414 rusiyalı sülhməramlı hərbçilər və onlarla avtomobil və digər maşın, həmçinin 8 helikopter və pilotsuz uçan aparatlar yerləşdirilib.

Ümumilikdə qruplaşma 1 960 atıcı silahlı hərbçi, 90 zirehli personal daşıyıcı, 380 avtomobil və digər texnikadan ibarət olacaq.
Xəbəri paylaş