Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 1 395 nəfər koronavirusa yoluxdu



Newscenter.az.16.11.2020. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 77 083 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20 343 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 1 523 221 test aparılıb.
Xəbəri paylaş