Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Əhmədzadədən şikayət- fermerlər Prezident Administrasiyasına yürüşə hazırlaşırlar

Əhməd  Əhmədzadədən  şikayət- fermerlər  Prezident  Administrasiyasına  yürüşə  hazırlaşırlar


Newscenter.az.16.11.2020. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədən şikayət edənlər Salyan-Hacıqabul rayonunun fermerləridir.

Redaksiyamıza müraciət edən fermerlər bildiriblər ki sədrin xüsusi tapşırığı ilə onların əkin sahələrinə su verilmir. Bu səbəbdən də fermerlərin əkin sahələri susuzluqdan yanıb.Bununla da fermerlərin həm sahəyə yatırdıqları vəsait batıb həm də qazancları yoxdur.

Qabaqdan isə qarlı-şaxtalı qış gəlir. Fermerlər nə ilə dolanacaqlarını ailələrini nə ilə saxlayacaqlarını bilmirlər. Vəziyyətdən çıxış yolunu dövlət başçısına müraciət etməkdə görən fermerlər Prezident Administrasiyasına yürüşə hazırlaşırlar. (olaylar.az)
Xəbəri paylaş