Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluqdan Ohanyanla bağlı açıqlama



Newscenter.az.23.11.2020. Azərbaycan Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanın axtarışa verilməsi xəbərinə münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin cinayət işi üzrə Hərbi Prokurorluqda istintaq edilir.

Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş