Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlı fəaliyyət şəffaf olmalıdır



Newscenter.az.26.11.2020. Milli Məclis "Sülhməramlı qüvvələrin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti haqqında" Qanun qəbul etməlidir.
Dağlıq Qarabağda Sülhyaratma prosesində iştirakçı olacaq Türkiyənin Azərbaycanda olmasının əsasları Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişlə tənzimlənir.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətinin tənzimləyən daxili hüquqi əsas yoxdur

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanunu var və bu qanun lokal və regional münaqişələrin qarşısının alınmasında, nizamlanmasında və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir.

Amma "Azərbaycan Respublikasında sülhməramlı əməliyyatlarda iştirak haqqında" qanun yoxdur və Azərbaycan Respublikasında sülhməramlı əməliyyatların forması, aparılma qaydaları , qanuni əsasları yoxdur.

Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlıların fəaliyyətində şəffaflıq və hesabatlılıq məsələsi çox vacibdir.
MBD ərazisində Rusiya sülhməramlılarının heç də xoş olmayan “təcrübəsinш” nəzərə alaraq onların fəaliyyəti haqqında cəmiyyətin aydın təsəvvürü olmalıdır.

Sülhməramlıların Dağlıq Qarabağda gördükləri işlərlə bağlı Azərbaycan cəmiyyətində aydın təsəvvürlərin olması üçün , onların hesabatlılığı vacibdir.
Rusiya sülhməramlılarının fəaliyyəti nəticəsində qaçqınların geri qayıtması kimi izahla noyabr ayının 14 dən Xankəndinə 20 mindən çox adamın gəlməsi haqqında məlumatlar var.

Azərbaycan tərəfinə aydın olmalıdır ki, kimdir bu 20 min nəfər, 88 ilə qədər Dağlıq Qarabağ , Xankəndi sakini olmuş adamlardır və ya daha sonra köçürülmələr və ya ümumiyyətlə sakin olmayan adamlardır və s.

Bir sözlə qanun qəbul edilməsi , Rusiya sülhməramlılarının fəaliyyətini dövləti maraqlara və ən əsası daxili qanunlara adaptasiya üçün müəyyən əsaslar formalaşdıracaq ki, bu çox vacibdir.

Diğər bir məqam isə Rusiya sülhməramlılarının fəaliyyətinin media ilə işiqlandırılmasıdir ki, bu tək tərəfli olmamalıdır.
Bu hər üç, həm rus, həm Azərbaycan, həm də erməni dilində gündəlik məlumatlar paylaşılmalı, hesabat verməlidirlər, bir sözlə sülhyaratma prosesinin şəffaf əsasları formalaşdırılmalıdır.

Bu mövzulardakı qeyri müəyyənlik daxilə yönəlik informasiya təxribatları ilə müşaət olunur və biz bunu görürük.
Məsələn , bu günlərdə Azərbaycanda müxalif partiyaya bağlı Fransada yerləşən bir mühacir media resursda Laçin dəhlizinin açılışında güya ki, qondarma rejimin criminal rəhbərləri də iştirak etməsi haqqında fake məlumatlar tirajlandı.

Hər gün daha çox bu tip təxribatların artmasını müşahidə edirik.

Bunların qarşısının alınması üçün Rusiyanın Dağlıq Qarabağdakı sülhyaratma missiyası şəffaf fəaliyyət göstərməlidir.

Yeganə Hacıyeva-politoloq
Xəbəri paylaş