Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb



Newscenter.az.27.11.2020. Bakı Ali Neft Məktəbi və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı prof. Gert Jervan imzalayıb.

Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+" və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, Yay/Qış məktəblərində iştirakı, TalTech-in konsepsiyası əsasında Kiber Təhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələrin aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edir.

Əməkdaşlıq müqaviləsi 3 (üç) il ərzində etibarlı olacaq.

R.Mehdiyeva






Xəbəri paylaş