Newscenter.az.27.11.2020. "İqrçilik dünyanın ən çirkin əməllərindən biridir və biz bunu da Fransadan gördük. Afrikalı qaradərili gəncə Fransa polisi tərəfindən edilən şiddəti qınayırıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, irqçilik, rənglə bağlı edilən ayrımçılıq insani dəyərlərə edilən təhqirdir: "Son günlər Fransa hökuməti arxa-arxaya çoz böyük yanlış addımlar atır. Bu hərəkətlər dövlətin əsas xislətini ortaya qoyur. Senat tərəfindən qəbul edilmiş qətnamənin hələ də qınağı bitməmiş ardından polis irqçiliyi, daha sonra isə nələr olacağı bəlli deyil. Belə gedişlə Avropa mədəniyyətinin yalnız yalanlardan ibarət olduğunu görəcəyik. Çox təəsüflər olsun ki, həqiqətlər həmişə yanlışlarla üzə çıxır”. Deputat deyib ki, Fransanın daim anti-islam dövləti olduğu bəllidir: “Anti-azərbaycan dövləti olduğu da, indi isə irqçiliyi dəstəkləyən dövlət olduğunu öyrəndik. Biz insan olaraq ümumiyyətlə şiddətə qarşıyıq. Lakin rəng ayrımı etmək təbii ki, daha da iyrənc bir hərəkətdir".
Deputat hesab edir ki, Fransa hökuməti polislərin bu addımından sonra çox şeyi dəyişməsə də öz üzrxahlığını bildirməlidir: "Əks halda dövlətdə bir çox hadisələr baş verə bilər. Necə ki artıq reaksiyalar gəlməyə başlayıb. Hər bir dövlət xarici və daxili siyasətində ehtiyyatlı olmalı, diqqətli qərarlar verməyi bacarmalıdırlar. Biz xoşbəxt insanıq ki, Azərbaycan respublikasınım vətəndaşıyıq və bu dövlətin başçısı cənab Prezident İlham Əliyevdir. Onun doğru qərarları və siyasəti ilə Azərbaycan daim zirvəyə yüksəlişə doğru gedir. Var olsun Azərbaycan!"
Anar