Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MHP sədri: "Torpaqlarımızdan pay qoparmaq dövrü artıq bitdi!"

MHP sədri: "Torpaqlarımızdan pay qoparmaq dövrü artıq bitdi!"


Newscenter.az.27.11.2020. "Azərbaycan hərbçilərinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun Soyüdlü-Zod qızıl yatağı üzərində suverenliyimizin bərpa edilməsi istiqamətində göstərdikləri dirəniş və qətiyyət gerçəkdən də alqışa layiqdir. Hərbçilərimizə eşq olsun!".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, mənfur ermənilər hələ 2006-cı ildən burada qanunsuz olaraq qızıl çıxarıb təbii sərvətimizi talan edirdilər:

"Bu da azmış kimi işğalçılar bu günlərdə Kəlbəcəri tərk edərkən həmin yataqlara gedən yolda darvaza qoymuşdular. Yəni ki, bununla da Azərbaycana ismarıc vermək istəyirdilər ki, guya bu yataqlar Ermənistanındır. Necə deyərlər, onlar Kəlbəcəri tərk edərkən qızıl yataqlarımızı da oğurlamaq istəyirdilər.
Lakin dünən Azərbaycan hərbçiləri üzərinə erməni bayrağının təsviri çəkilmiş həmin qondarma darvazanı sökərək, yatağın ərazisinə daxil olublar və ermənilərdən oranı azad etməyi tələb ediblər. belə də lazımdır! Həddini aşmış ermənilər qoy bilsinlər ki, indi bu yerlərin əsl sahibləri gəliblər. Torpaqlarımızdan pay qoparmaq dövrü artıq bitdi!".

Anar
Xəbəri paylaş