Newscenter.az.27.11.2020. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına səfər edəcək. 30 noyabr – 4 dekabr tarixlərində baş tutacaq səfər işgüzar xarakter daşıyır.
Newscenter.az news.am-a istinadən xəbər verir ki, səfərdən öncə Ermənistan Baş Naziri Aparatının Protokol şöbəsinin müdiri Eduard Arutyunyan Paşinyanın Rusiyaya səfərini hazırlamaq üçün Moskvaya gedəcək.