Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlara dair strategiya ilə bağlı fəaliyyət planı təsdiqlənib



Newscenter.az.27.11.2020. Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, həmin fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xəbəri paylaş