Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər saxta "xəbər" təxribatı ilə məşğul olub qəsdən çaşqınlıq yaratmağa çalışırlar

Ermənilər saxta "xəbər" təxribatı ilə məşğul olub qəsdən çaşqınlıq yaratmağa çalışırlar


Newscenter.az.29.11.2020. Dekabrın 1-i yaxınlaşdıqca ermənilərin Laçın şəhərindən çıxıb-çıxmayacaqları barədə yersiz narahatlıqlar və söz-söhbətlər də artır. Bu da ilk növbədə dırnaqarası “Laçın icması”nın rəhbəri hesab olunan Narek Aleksanyanın bu günlərdə Rusiya KİV-lərinə verdiyi açıqlamasında onlara Laçın şəhəri və Ermənistanla sərhəddə yerləşən Zabux və Sus kəndlərindən hələ köçməməklə bağlı göstəriş gəldiyi barədə fikir səsləndirməsindən qaynaqlanır. Aleksanyan sözügedən açıqlamasında bu göstərişin Xankəndidən gəldiyini bildirib.

Ancaq Xankəndidəki separatçıların öz xəstə təxəyyüllərində nəyi planlaşdırmalarından asılı olmayaraq Laçın şəhəri və Zabux və Sus kəndlərində məskunlaşan ermənilər nə olur-olsun ayın 1-nə qədər bu yerləri tərk etməlidirlər və edəcəklər də. Onların orada qalmasının mümkün deyil. Çünki 10 noyabrda imzalanan birgə Bəyanatda Laçın rayonunun tamamilə boşaldılması nəzərdə tutulur. Burada hər hansı bir güzəşt və ya "bazarlıq" söhbəti ola bilməz.

Ermənilər sadəcə saxta "xəbər" təxribatı ilə məşğul olub qəsdən çaşqınlıq yaratmağa çalışırlar. Ancaq bu cəhdlərin hamısı əbəsdir. İşğalçıların hər hansı bir seçim şansı yoxdur. Laçın dekabrın 1-də öz qanuni və tarixi sahibinə - Azərbaycana təhvil verilməlidir.

Əlisahib Hüseynov-Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş