Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib-VİDEO
Tarix: 30-11-2020, 20:00
Newscenter.az.30.11.2020. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.