Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda sutka ərzində koronavirusdan vəfat edənlərin sayı 40-ı keçdi



Newscenter.az.1.12.2020. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində 41 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.
Xəbəri paylaş