Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək



Newscenter.az.1.12.2029, Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Bu barədə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.
Xəbəri paylaş