Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkar edilib



Newscenter.az.1.12.2020. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi A.Abayev və orada olan 27 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Mehman
Xəbəri paylaş