Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov: "Ərazi bütövlüyü çərçivəsində azərbaycanlı və erməni sakinlərin birgəyaşayışı təmin ediləcək"



Newscenter.az.3.12.2020,
"Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazanı təmin edir".

Bunu ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.

Nazir bildirib ki, münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcək:

"Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır. Həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq".
Xəbəri paylaş