Newscenter.az.5.12.2020. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İkinci Qarabağ müharibəsi barədə danışıb.
Bu barədə “news.am” məlumat yayıb. Ermənistanın sabiq prezidenti Azərbaycan Ordusunun olduqca professional hərəkət etdiyini etiraf edib:
“Cəbrayıldan piyada daxil oldular, Hadrutu götürdülər, oradan Füzuliyə daxil oldular, Füzulidən bütün Əsgəran alt bölgəsini və ətraf kəndləri keçərək irəlilədilər. Və bütün bu müddət ərzində yerlərdə müdafiə xətlərinin qurulması bir neçə həftədən çox çəkmədi, dayanmadılar. Buna heyrət etməyə bilmirik. Heç bir yerdə müqavimət göstərə bilmədik. Bəzi əməliyyatlardan danışıldı, hətta Arayik Harutyunyan millət vəkilləri ilə görüşü zamanı dedi ki, həmin ərazilərdə əməliyyat hazırlayırıq, qüvvələr toplanıb, niyə heç nə etmədiniz? Buna cavabımız olmalıdır. Şuşa ilə bağlı isə çox sualım var. Hərbi ekspertlər belə orada nə baş verdiyini başa düşmür. Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hələ də anlaya bilmirəm”.
Robert Köçəryan çıxışının davamında danışıqların lazımi şəkildə aparılmadığını, hakimiyyətin doğru addımlar atmadığını bildirib. (Yeniavaz.com)