Newscenter.az.5.12.2020. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB subyektlərinə müraciət edib.
KOBİA-dan Newscenter.az-a bildirilib ki, dekabrın 8-11-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçiriləcək biznes həftəsi çərçivəsində dekabrın 11-də Beynəlxalq İxrac Forumu təşkil olunacaq.
Biznes həftəsində pandemiyadan sonrakı dövrdə sahibkarları dəstəkləmək üçün ən yaxşı təcrübələr və yeni mexanizmlər müzakirə ediləcək.
Onlayn forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları “www.ibw-bashkortostan.com” saytına daxil olmaqla ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.