Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da Dil Mərkəzi fəaliyyətə başladı



Newscenter.az.15.12.2020, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində yaradılan Dil Mərkəzi fəaliyyətə başlayıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, məqsəd yerli və əcnəbi tələbələrin karyerada inkişaf perspektivlərini artırmaları üçün əlavə dil öyrənməyə (xüsusilə ingilis dili) artan maraq və istəklərinin nəzərə alınmasıdır. Mərkəzdə AzTU tələbələrinə 10 dildə (Azərbaycan, ingilis, rus, ispan, italyan, fransız, portuqal, alman, ərəb və çin) ümumi və işgüzar dilin öyrənilməsinin peşəkar və qabaqcıl variantları tədris ediləcək.

Mərkəzdə 10 dildə tərcümə xidmətləri də göstərilir. Buranın digər vacib missiyalarından biri də universitetdaxili mədəni-kütləvi tədbirlərin keçirilməsi və təşkilatçılığı vasitəsi ilə əcnəbi tələbələrin bir-biriləri arasında körpü salma imkanlarını yaratmaqdır.

R.Mehdiyeva
Xəbəri paylaş