Xankəndiyə göndəriləcək humanitar yardım Gəncə hava limanına çatdırılıb-VIDEO
Tarix: 6-12-2020, 17:15
Newscenter.az.6.12.2020. Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndinə çatdırılması məqsədi ilə göndərilən humanitar yük 2020-ci il dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.
Newscenter.az xəbər verir ki, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.