Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yerevanda universitet yaxınlığında atışma olub, xəsarət alanlar var



Newscenter.az.7.12.2020. Ermənistanın paytaxtı Yerevanda atışma hadisəsi baş verib.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Nor Nork rayonunda, Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında qeydə alınıb.

Polis əməkdaşları və müstəntiqlər hadisə yerində avtomat və tapança patronları aşkarlayıblar. Atışma zamanı xəsarət alanların olduğu bidirilir. Polis ərazidə qan izləri aşkarlayıb.

Hazırda polis yaralıların xəstəxanalara çatdırılıb-çatdırılmadığını araşdırır.

Fakt üzrə cinayət işi başlayıb.
Xəbəri paylaş