Newscenter.az.8.12.2020. Laçın rayonunun ərazisində yerləşdiriləcək rayonun adı yazılmış lövhə hazırlanıb.
Lövhə rayonun hüdudlarında yerləşdiriləcək.
Qeyd edək ki, erməni silahlı birləşmələri 1992-ci ilin mayın 18-də Laçın rayonunu işğal edib. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin bu ilin noyabrın 10-da imzaladıqları birgə bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla da rayonun 28 il, 6 ay, 12 gün davam edən işğalına son qoyulub.