Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məzahir Əfəndiyev: "YAŞAT" Fondunun yaradılması şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğının əyani sübutudur"



Newscenter.az.8.12.2020. Azərbaycanda xüsusi qayğıya ehtiyac olan, cəmiyyətin həssas təbəqəsini təşkil edən insanlara, vətəndaşlarımıza hər zaman ən yüksək səviyyədə diqqət və qayğı göstərilib, onların üzləşdikləri bu və ya digər problem qısa zamanda, ən ali səviyyədə öz həllini tapıb. Bu sırada şəhid ailələri, onlara bərabər tutulan şəxslər, eləcə də müharibə əlilləri və veteranları, hərbi qulluqçular da qeyd etmək yerinə düşər. Əgər dövlətin və şəxsən dövlət başçısı Cənab İlham Əliyevin 17 illik prezidentlik dövrünə nəzər yetirsək aydın şəkildə görərik ki, Cənab İlham Əliyev üçün yuxarıda adlarını qeyd etdiyimiz kateqoriyadan olan vətəndaşlarımızın problemlərinin həlli, onlara ən yüksək diqqət və qayğının göstərilməsi əsas prioritet təşkil edib. Bu diqqət qayğı bütün situasiyalarda, istər müharibə, istərsə də dinc dövrdə özünü büruzə verib, göstərib. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərman əsasında "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması da məhz bu diqqət və qayğının əyani sübutudur.

Dövlət başçısının məlum fərmanına diqqət çəkən Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, indiki dövrdə, Vətən müharibəsini qalibiyyətlə başa vurduğumuz ərəfədə Cənab Prezident tərəfindən belə bir fərmanın imzalanması xüsusilə önəm kəsb edir və bu müzəffər Azərbaycan Ordusunun qalib əsgərləri, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiram, diqqət-qayğının göstəricisidir: "Ümumiyyətlə, şəhidlər, onıarın ailə üzvləri, müharibə əlilləri, veteranlar və bu kimi həssas təbəqədən olan insanlarımız hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunub, onlara ölkənin birinci şəxsi, həmçinin Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək diqqət göstərilib. Xatirinizdədirsə, bir neçə ilə əvvəl Cənab Prezident şəhid olmuş və onlara bərabər tutulan şəxslərə, eləcə də onların ailə üzvlərinə birdəfəlik 11 min manatlıq yardımın edilməsi barədə müvafiq addım atdı və qısa müddət ərzində müvafiq strukturlar həmin vəsaitin şəhidlərin ailə üzvlərinə ödənilməsini təmin etdi. Bundan başqa ayrı-ayrı vaxtlarda da qeyd etdiyimiz kateqoriyadan olan insanlara xüsusi diqqət göstərilir, onların bu və ya digər problemləri həll olunur. Hər il kifayət qədər Qarabağ müharibəsi iştirakçısı, müharibə əlilləri və veteranlarının istər daxildə, istərsə də xarici ölkələrdə müalicəsinin təşkili, onların sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, yaşayış binalarının tikilib onların ixtiyarına verilməsi, həmçinin müharibə əlillərinə növbəli prinsip əsasında avtomobillərin bağışlanması deyilənlərin əyani sübutudur".

Deputat deyib ki, dövlət başçısı ilə yanaşı Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva da daima şəhidlər, onların ailə üzvləri, Qarabağ müharibəsi əlilləri və s. bu kimi təbəqədən olan insanlara, onların qayğılarının həlinə xüsusi həssaslıqla yanaşıb, ən xırda problem və qayğının aradan qaldırılması istiqamətində nəticəyə hesablanmış addım atıb:

"Bir müddət əvvəl Birinci-Vitse prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi iştirakçıları, əlillər və veteranlarla keçirdiyi görüş və orada Mehriban xanımın hər bir görüş iştirakçısı ilə fərdi qaydada görüşüb söhbət etməsi, onların problemləri ilə maraqlanması hər birimizin xatirindədir. Eyni zamanda Mehriban xanım Əıiyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da fəaliyyət göstərdiyi gündən indiyə qədər neçə-neçə şəhid ailəsi, Qarabağ müharibəsi əlili, veteranının ümid yerinə çevrilib, yüzlərlə bu təbəqədən olan vətəndaşımız Fondun hesabına müalicə olunub, yaxud digər problemləri həll edilib".

Məzahir Əfəndiyev onu da qeyd edib ki, Prezidentin fərmanı ilə YAŞAT Fondunun yaradılması Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həllinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Millət vəkili qeyd edib ki, Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasınsa iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək:

"Burada bir məqama diqqət çəkmək istərdim. Belə ki, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən edilib ki, hesab edirəm bu da həmin qurumun kifayət qədər şəffaf və perspektivli fəaliyyət göstərəcəyini deməyə əsas verir. Azərbaycanın brendi hesab edilən ASAN Xidmətin YAŞAT Fondunun vəsaitinin sərəncamçısı kimi müəyyən edilməsi düşünürəm ki, Fonda, həmçinin ora toplanan vəsaitlərin şəffaf şəkildə sərf ediləcəyinə olan etibarlılığı artıracaq".
Xəbəri paylaş