Newscenter.az.8.12.2020. “Şəhid ailələri, müharibə əlilləri, veteranlar, eləcə də bu təbəqədən olan hər bir vətəndaş daim dövlətin, dövlət başçısının qayğısı ilə əhatə olunur, onlara ən yüksək səviyyədə diqqət göstərilir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva Prezident İlham Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılmasına münasibət bildirərkən səsləndirib.
Millət vəkili qeyd edib ki, sözügedən Fondun yaradılması bir daha dövlətin sözügedən təbəqədən olan insanlara diqqət və qayğısının əyani sübutudur:
“Şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması şəhidlərimizə və müharibə dövründə qazi olan vətən oğullarımıza və onların ailələrinə dövlətin göstərdiyi diqqət və qayğının bariz göstəricisidir”.
Anar