Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edə bilər



Newscenter.az.9.12.2020. ABŞ-da yeni administrasiyanın gəlişindən sonra Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri vəzifəsinə keçmiş Mərkəzi Qüvvələr komandiri, istefada olan general Lloyd Ostin namizəd olacaq.

Bunu ABŞ prezidentliyinə namizəd Co Bayden bildirib.

67 yaşlı Ostinin namizədliyi təsdiqlənsə, o Amerika Ordusuna rəhbərlik edən ilk afroamerikalı olacaq.

O, Almaniya və ABŞ-da daxil olmaqla bir çox yerlərdə xidmət edib, Baş Qərargah Rəislərində çalışıb, 2006-cı ilə qədər general-leytenant rütbəsinə yüksəlib.
Xəbəri paylaş