Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlıya bayraq sancılan gün şəhid olan əsgərimiz-VIDEO



Newscenter.az.9.12.2020. Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Rəfiyev Ülvi Rəfail oğludur. O, 1996-cı il avqustun 16-da Ordubad rayonunda anadan olub. 2013-cü ildə Bakı şəhər, Xətai rayonunun 263 saylı tam orta məktəbini bitirib və həmin il qəbul imtahanlarında 409 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub.

“Report” xəbər verir ki, Ü.Rəfiyev professional olaraq rəqslə məşğul olurdu. 2015-ci il Bakı Avropa oyunlarının açılış mərasimində, 2017-ci il Univisionda, 2017-ci il Bakı İslam Oyunlarında (Pro cast dancer) və 2017-ci il Formula 1-in açılış mərasimində rəqqas kimi iştirak edib. Eyni zamanda xarici ölkələrdə də açılış mərasimlərində və tədbirlərdə iştirak edib.

Universiteti bitirdikdən sonra Füzuli bölgəsində hərbi xidmətdə olur.

İkinci Qarabağ müharibəsi başlayan kimi cəbhəyə yollanan Ülvi oktyabrın 25-də (Qubadlının işğaldan azad olunduğu gün) Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Xəbəri paylaş