Newscenter.az.9.12.2020. "Bakıda möhtəşəm Qələbə Paradı hazırlayırlar. Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır!".
Bu sözləri tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkodan eşitmək həqiqətən də çox xoşdur. Korotçenkonun bu açıqlamasında mübahisəolunmaz real fakt, günün gerçəkliyi öz əksini tapıb. Doğrudan da, tarix məhz belə yaradılır. Dünyanın gözü önündə. Qorxmadan, çəkinmədən. Təmsil etdiyi millətin haqqını, hüququnu elə o dünyanın özünün formalaşdırdığı və "beynəlxalq hüquq" adlandırdığı qaydalara əsaslanaraq qorumaqla yaradılır Tarix.
Və ən önəmlisi də budur ki, münaqişə ocaqlarının sayının-hesabının bilinmədiyi müasir dünyada öz ölkəsinin ərazi bütövlüyünü hərbi həll yolu ilə bərpa etmək, 30 illik işğala son qoymaqla Zəfər Tarixi yaratmaq heç də hər ölkənin liderinə qismət olmur. İlham Əliyev bunu bacardı. Biz MDB məkanında öz ərazilərini işğaldan azad etmiş hələlik yeganə ölkəyik. Bu həqiqətən də böyük nəticədir. Bizim Zəgər günümüzü qeyd etməyə, Qələbə paradı keçirməyə tam haqqımız çatır. Sabahkı parad Qarabağın kimə məxsus olduğunu bir daha bütün dünyaya göstərəcək.
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri