Newscenter.az.10.12.2020. Koronavirus xəstələrini müalicə edən həkimlər arasında zəhərlənmə hadisəsi baş verib. Newscenter.az-a daxil olan məlumata görə, hadisə COVİD-19 xəstələrinin müalicə aldığı Atletlər Kəndində qeydə alınıb. Belə ki, sözügedən kompleksdə yerləşdirilən tibb heyəti qidadan zəhərlənib. Həkimlərə verilən ərzağın vaxtı keçmiş və ağırlaşmış olmasının zəhərlənməyə yol açıb.
Hadisə baş verdikdən dərhal sonra TƏBİB-in vəziyyətin normallaşması istiqamətində hərəkətə keçdiyi bildirilir. Məlumata görə, sözügedən tibb heyətinin Atletlər Kəndində yerləşdirilməsi məhz TƏBİB tərəfindən həyata keçirilib.
P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
NEWSCENTER.AZ