Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi”



Newscenter.az.10.12.2020. “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“Mən dəfələrlə Azərbaycan xalıqna müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq. Və nəyi, nə vaxt, necə etmək lazımdır biz bilirik. Həyat bunu göstərdi. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Və bu dəmir yumruq düşmənin belini qırdı. Düşmənin başını əzdik”, - Prezident əlavə edib.
Xəbəri paylaş