Newscenter.az.11.12.2020. “Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində bir dönüş nöqtəsidir”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Bir millət, iki dövlət” prinsipi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad olunması ilə müküfatlanıb”, - Türkiyə lideri vurğulayıb.