Newscenter.az.11.12.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün yeni yol qovşağı inşa edir.
Bu barədə məlumat Newscenter.az-a Agentlikdən bildirilib. Məlumatda həmçinin deyilir ki, artıq inşaat işləri sonuncu mərhələ üzrə aparılır.
Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.
Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsinin monolit dəmir-betonla inşası artıq yekunlaşıb. Hazırda körpülərə yanaşma yollarının inşası işləri görülür.
Layihə əsasında dairə ətrafında olan 2 350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulurdu ki, bu istiqamətdə işlərin böyük hissəsi icra olunaraq yekunlaşdırılıb.
Anar