Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq dərəcəli menecer Ruvel Nozik: "Qarabağın Azərbaycana qayıtmasından çox şadam"



Newscenter.az.12.12.2020. Beynəlxalq dərəcəli menecer, voleybol veteranı, sabiq hakim Ruvel Nozik Azərbaycanı Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik edib.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən Ruvel Nozikin təbrik mətnini təqdim edir:

Doğma Azərbaycanım!

Azərbaycan gözəl, mehriban insanları olan bir ölkədir. Mənim buraya sevgim səksəninci illərdən başlayıb. İlk dəfə Azərbaycana voleybol hakimi olaraq gəlmişəm və elə o gündən burda çoxlu gözəl dostlar qazanmışam. Buna görə özümü çox şanslı sayıram. Azərbaycanda çox millətli xalqlar yaşayır. Burada onların rahat, xoşbəxt yaşamaları üçün hər cür şərait var. Neçə illər işimlə əlaqədar olaraq mən də Azərbaycanda yaşamışam və özüm bunların şahidi olmuşam.

Azərbaycan hər il daha da qüdrətli, daha güclü dövlətə çevrilir. Bütün bunlar ölkə rəhbəri cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilir. Bu gün Azərbaycan ən gözəl günlərini yaşayır. 30 ildən sonra işğal altında olan doğma torpaqlarını işğaldan azad edib. Azərbaycanı çox sevən bir insan kimi mən də qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Müharibə zamanı şəhid olan qəhrəmanlara Allah rəhmət eləsin. Onların yaxınlarına baş sağlığı verirəm. Yaralılara isə Allahdan şəfa diləyirəm.

Qarabağın Azərbaycana qayıtmasından çox şadam.

NEWSCENTER.AZ
Xəbəri paylaş