Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbrayılda Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib



Newscenter.az.12.12.2020. İşğaldan azad olunmuş Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis şöbəsinin inzibati binasının qaşısında, möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı ucaltdığı dövlət bayrağının ətrafında və rayonun girişində ümumilikdə 100-dən artıq ağac əkilib.
Xəbəri paylaş