Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: "Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş Qarabağ torpaqlarımızın azad edilməsi idi"



Newscenter.az.12.12.2020. "XX əsr Azərbaycan və dünya tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Onun siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, mənalı həyatını ölkəmizin tərəqqisinə, xalqının rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş Qarabağ torpaqlarımızın azad edilməsi idi:

"Bu gün həmin arzu və amal müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən məğrurluqla reallaşdırıldı, yeni tariximizə şanlı səhifə yazıldı. Əminəm ki, mərhum lider Heydər Əliyevin ruhu rahat, şad, və bir o qədər də qürurludur! Ümumilli liderimizi dərin hörmət və ehtiramla anırıq. Dahi şəxsiyyətlər ölməzdir!".

Anar
Xəbəri paylaş