Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni silahlı dəstələri antiterror əməliyyatları sayəsində məhv ediləcək



Newscenter.az.13.12.2020. Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazilərdə qalan erməni terrorçularının və Ermənistan silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatının həyata keçirilməsi tamamilə qanunauyğundur. Çünki Azərbaycan Ordusu 44 günlük müharibədə bu əraziləri 30 ilə yaxın davam edən erməni işğalından azad etsə də, lakin bir neçə kəndin meşəlik ərazilərində gizlənən erməni silahlıları 10 noyabrın razılaşmasının imzalanmasının üstündən bir ay keçəndən sonra yenidən fəallaşmağa və işğaldan azad edilmiş ərazilərdə texniki-bərpa və müdafiə işləri aparan Azərbaycan hərbçilərinə, mülki şəxslərinə qarşı təxribatlar törətməyə başlayıblar.

Azərbaycan Müdafiə Nazirliyinin də bildirdiyi kimi Xöcavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində məhz erməni silahlı birləşmələrinin qalıqlarının atəşkəsi pozması və qəfil hücumu nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub, bir nəfər isə yaralanıb. Ermənistan bu silahlı ünsürlərə, özlərini "partizan" adlandıran quldurlara nəzarət edə bilmirsə və onları Qarabağdan geri çəkmirsə, deməli, Azərbaycanın anti-terror əməliyyatı keçirməsi tamamilə labüd idi. Ora bizim ərazidir. Qarabağda bir nəfər də olsun erməni silahlısı qalmamalıdır. Azərbaycan öz ərazilərində bir nəfər də silahlı erməni qalmasına imkan verməyəcək.

Ərazilərimizdə qalmağa cəhd göstərən erməni silahlı dəstələri antiterror əməliyyatları sayəsində məhv ediləcək. Bunu bizim ərazi bütövlüyümüz və təhlükəsizliyimiz tələb edir. Bu mənada, baş verən atışma hallarının məsuliyyəti də məhz Ermənistan tərəfinin üzərində qalır. Odur ki, Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi ənənəvi erməni riyakarlığından başqa bir şey deyil. Ermənistan hakimiyyəti, erməni müxalifəti və erməni KİV-ləri günahkar axtarırlarsa, getsinlər güzgüdə özlərinə baxsınlar. Ermənilər başa düşməlidirlər ki, indi Azərbaycana qarşı revanşa can atmaqdan, qisasçılıq hissi ilə alışıb yanmaqdansa, Azərbaycanla sülhə razılaşmağın, anlaşmağın vaxtıdır.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov
Xəbəri paylaş