Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın Hadrut planı fiaskoya uğradı



Newscenter.az.13.12.2020. Ermənistan siyasi rəhbərliyinin və Xankəndində terrorçu Arayik Aratunyanın əsas planı Hadrutu geri almaqdır. Məhz bu məqsədlə Hadrut ətrafında meşəliklərə Turşsu istiqamətindən təchizat yığıb, hücum ediblər. Bir aydan artıq mühasirədə qalıb, soyuq və qida çatışmamazlıqdan onlar buranı tərk edə, yaxud təslim ola bilərdilər.

Xankəndindəki terroçubaşlar Arayik Aratunyan, Vitalı Balasanyan Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, Azərbaycan ordusunun hücum etməyəcəyinin fərqindədirlər. Onlara Rusiya sülhməramlı qüvvələri dəstək verib ki, onlar Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannəmənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kənd və bir yüksəkliyə nəzarəti ələ alıb. Bundan sonra Ermənistan preziddenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir. Məqsəd Hadruta Rusiya süıhməramlı qüvvələrinin yerləşdirilməsidir.

Bu prosesdən Moskva da məmnundur. Çünki, Rusiya Dağlıq Qarabağda belə bir insdentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsilzik təmin edilməsin. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın.

Türkiyə-Azərbaycan tandemi Rusiyanın bu planının qarşısını alacaq. Azərbaycan prezidenti İlham Əliyevin Minsk qrupu həmsədrlərinə diplomatik master-klası bütün siyasi-hərbi üstünlüyün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdi. Göründüyü kimi Ermənistan prezidenti və Qarabağdakı separatçıların əsas fəaliyyəti Qarabağda münaqişəni davam etdirməkdir. Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər, qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək. Rusiya sülhməramlı qüvvələrinin son günlər qurduqları postlarında mühəndis istehkam işlərini davam etdirməsi məhz bu planın tərkib hissəsidir. Yoxsa, nə üçün sülhməramlılar bu qədər güclü müdafiə sistemləri qursunlarki?!

Ermənilərlə. birgə yaşayış və azərbaycanlıların bu ərazilərə köçürülməsində Rusiya da maraqlı görünümür.

Məhəmməd Əsədullazadə
MCP sədrinin mauvini
Xəbəri paylaş