Newscenter.az.14.12.2020. Qarabağa yerləşdirilmiş rus sülhməramlıları artıq öz məramlarından kənara çıxaraq, siyasi oyunlar nümayiş etdirməkdədirlər. Onsuz da, otuz il ərzində işğalçı və təcavüzkar Ermənistana pulsuz silah və digər dəstək verməklə xalqımızda özünə qarşı olan rəğbəti tükədən Rusiya tərəfi, hazırki hərəkətləri ilə insanlarımızda özünə qarşı yalnız hiddət və qəzəb formalaşdıra bilər.
Hansı sənəddə yazılıb ki, sülhməramlı xəritə çəkməklə məşğul olsun?! Hiyləgər və oyunbaz ermənilər o boyda dövlətin hərbçilərinin başını hər dəfə nə iləsə qatıb çirkin əməllərini həyata keçirirlər. Bu dəfə də, xəritə çəkməklə qatıb, özləri atəşkəsi pozublar, yəqin ki, xəritə çəkən hərbçilərin böyründə tut arağı da olub. Özü də nəzərə alaq ki, bu Paşinyanın yox, onu devirmək istəyən müxalifətçilərin oyunu ola bilər. Çünki, Paşinyan bilir ki, bu bəyanat hələ ki, onun hakimiyyətinin qarantıdır.
Bu şərəfsizlər bizim Kəlbəcəri, Ağdamı və Laçını döyüşsüz və itkisiz almağımızın hayıfını çıxmaq istəyirlər deyəsən! Ancaq bir şeyi unutmasınlar ki, o bəyanatdan imtina bizim deyil, onların darmadağınına səbəb olan müharibənin bərpası deməkdir! Bunu mən demirəm, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti V.Putin deyiblər. Elə xalqımızın istədiyi də bu idi!
Ancaq, hadisələr bir daha göstərdi ki, bu cür mürəkkəb münaqişələrin belə mərhələsində sülhlə yanaşı, balansın da təmin olunması üçün bir dövlətin deyil, ən az iki fərqli dövlətin sülhməramlıları prosesə cəlb olunmalıdır. Ona görə də, aktiv döyüş əməliyyatları bərpa olunana qədər, bir an öncə Türkiyə sülhməramlıları əraziyə yerləşdirilməlidir.
Xəyal Bəşirov-politoloq