Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya "sülhməramlı qüvvələri" Qarabağdan çıxarılmalıdır



Newscenter.az.14.12.2020. “Rusiya "sülhməramlı qüvvələri" Qarabağdan çıxarılmalıdır. Hadrut təxribatında Rusiyanın "Sülhməramlı qüvvələrinin" komandanı Rüstəm Muradov və terrorçubaşı Arayik Arutunyan birgə hərəkət edir. Şuşaya çəkilən yolu Rusiya ermənilərin nəzarətinə verməyə çalışır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Hadrut ətrafında xeyli silah-sursat aşkar edilib:

“Bu terrora lojistik dəstəkdir. Bura nə Abxaziya, nə də Cənubi Osetiya deyil. Rusiya buradan çıxmalıdır”.

Politoloq qeyd edib ki, Rusiya Qarabağda sülhməramlı fəaliyyətdə deyil, ermeni terroruna dəstək verir:

“Açıq şəkildə Rusiya iç üzünü ortaya qoyur. Qələbə paradı və Türkiyə ilə birgə ortaq müttəfiqliyimiz Kremli narahat edib”.

Mehman
Xəbəri paylaş