Newscenter.az.15.12.2020. Avropa İttifaqının (Aİ) enerji infrastrukturuna dair öncül hədəfləri sırasından neft və qaz kəmərləri ilə bağlı layihələr çıxarıla bilər.
“Report” xəbər verir ki, bu, Aİ-nin enerji infrastrukturuna dair qaydalarına Avropa Komissiyası (AK) tərəfindən təklif edilən dəyişiklikdə nəzərdə tutulur.
Belə ki, AK-nın Mətbuat xidməti tərəfindən açıqlanan sənədə görə, bundan belə Avropa enerji infrastrukturuna dair yeni layihələr 2050-ci ilədək regionda karbon qazı tullantılarını sıfırlamaq hədəfinə uyğun olmalıdır.
“Dəyişdirilmiş qaydalara görə, təbii qaz və neft nəqli infrastrukturu artıq Aİ üçün müştərək maraq kəsb edən layihələrə daxil edilə bilməz”, - sənəddə göstərilir.