Newscenter.az.15.12.2020. “Rusiya sülhmərmalı qüvvələrinin Dağlıq Qarabağda silahlı erməni birləşmələrini ərazilərdən çıxarmaması, lokal hərbi əməliyyatların keçirilməsini zəruri edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Rusiyanın indiyə qədər planı silahlı erməni birləmələrindən Azərbayacan qarşı təzyiq vasitəsi kimi istifadə etmək və bir neçə məntəqəni nəzarət altına alıb, xəritəni genişləndirmək olub:
“Xocavəndin iki kəndinin xəritəyə alınması bu planın tərkib hissəsi idi. Azərbaycan təhlükəsizlik oraqanlarının xüsusi əməliyyatı nəticəsində artıq silahlı erməni birləşmələri məhv edilir. Rusiya sülhməramlı qüvvələrinin çirkin planının qarşısı qətiyyətlə alındı. Rusiyanın tərtib etdiyi xəritə dəyişdirildi və Azərbaycan ordusu daha irəli gedərək Şuşa ətrafında təhlükəsizliyi təmin edir”.
Politoloq deyib ki, bu hərbi əməliyyatlara Rusiya qarışa bilməz:
“Onların görməli olduğu işi Azərbaycan hərbiçiləri edir. Biz bilirdik ki, Rusiya "sülhmərmalıları" erməni silahlı birləşmələrinə qəti təzyiq etməyəcək, hətta onlara lojistik dəstək verəcək. Azərbaycanın qətiyyətli addımları, artıq onların planının üstündən xətt çəkir. Rusiyadan çəkinmək lazım deyil. Bura nə Donbas, nə Abxaziyadır. Daima qeyd etdiyim ki, Kəlbəcərdən tutmuş, Xocavənd, Agdam və Laçın istiqamətindən onları mühasirədə saxlamaq lazımdır. Rusiya Dağlıq Qarabağa öz maraqlarını təmin etmək üçün gəlib. Türkiyə müdafiə naziri H. Akarın dünən verdiyi mesaj məhz Rusiyaya ünvanlanmışdı. Türk ordusu Azərbaycandadır və istənilən vaxt Şuşada görünə bilər”.
Mehman