Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlanıb-VİDEO



Newscenter.az.16.12.2020. Azərbaycan Turizm Bürosu (ATB) koronavirus (COVID-19) pandemiyasından sonra turizmin təşviği məqsədilə təbliğat videoçarxı hazırlayıb.

Bu barədə Newscenter.az-a məlumat Dövlət Turizm Agentliyindən verilib.

Məlumata görə, məqsəd daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.

Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.

Sevinc
Xəbəri paylaş