Newscenter.az.16.12.2020. "Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda ermənilər üçün infrastruktur yaratması, əhalinin sosial müdafiəsi və digər hallarla məşğul olması, onların öz fəaliyyətlərindən kənar çıxmasıdır. Demək olar ki, hər gün Rusiya Ermənistandan Qarabağa ermenilərinin köçünü həyata keçirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki, məqsəd Dağlıq Qarabağda 100 min ermenini yerləşdirməkdir:
"Bundan sonrakı fəaliyyət də öz qalıcılığını əsaslandırmaq olacaq. General -leytnat Rüstəm Muradov Xankəndindəki erməni separatçılarının rəhbərinə, eləcə də ermənilərə daha çox simpatiya edir. Onun Azərbaycanın hərbi cinayətdə ittiham etdiyi separatçıların rəhbəri Arayik Arutunyanla kameralar qarşısında səmimi görüşləri və ona özgüvən verməsi sülhməramlı kimi neytrallığını pozur. Həmçinin öz fəaliyyətini şəxsi münasibətlər səviyyəsində quraraq Arayik Arutunyanın silahlı müdafiəsini təşkil ədir".
Politoloq hesab edir ki, Azərbaycan Rusiyaya rəsmi müraciət edib, sülhməramli missiyasından kənar çıxan, ermenilerin qızışdırılmasına rəvac verən general-leytnat Rüstəm Muradovun dəyişdirilməsini tələb etməlidir.
Mehman