Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə sükançısız dəniz aparatının istehsalına başlayır



Newscenter.az.16.12.2020. “Ares” tərsanəsi və “Meteksan Savunma” şirkətinin üzərində işlədiyi Türkiyənin silahlı sükançısız (sürücüsüz) dəniz aparatının (SSDA) ilk nümunəsi hazırlanıb.

Bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyənin “Mavi Vətən” adlandırdığı dəniz sahəsini müdafiə etmək üçün hazırlanan bu aparata “ULAQ” adı verilib. Yerli və milli istehsal olan yeni texnika saatda 65 km sürətlə hərəkət edə bilir. Eyni zamanda 400 km məsafə qət etmək gücü ilə birgə kriptolu rabitə infrastrukturu, gündüz və gecə izləmə qabiliyyətinə sahibdir. SSDA-nın atış testləri martda keçiriləcək. Bu zaman “Roketsan” istehsalı olan mərmilərdən istifadə ediləcək.

Bildirilib ki, radioelektron mübarizə mühitində düşmən birliklərinin rabitə sistemini sırada çıxara biləcək xüsusiyyəti olan bu aparat rabitə və kəşfiyyat sistemləri ilə də təchiz olunacaq.

“ULAQ”ın dekabrın sonunda dənizə buraxılacaq.
Xəbəri paylaş