Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın yeni rəhbərliyi Azərbaycana daha çox diqqət yetirməlidir



Newscenter.az.17.12.2020. ABŞ-Azərbaycan əməkdaşlığının başlıca istiqamətləri təhlükəsizlik, enerji və bütövlükdə iqtisadiyyat məsələləri, habelə idarəçiliyin təkmilləşdirilməsi, qanunun və insan hüquqlarının aliliyi məsələləridir.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda CPC-nin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.

Bu əməkdaşlığın uzun illərdir davam etdiyini qeyd edən keçmiş səfirin dediyinə görə, son 5 il ərzində geosiyasi əməkdaşlıq və s. sahələrdə müəyyən irəliləyiş əldə edilib: “Azərbaycan Avrasiyada mühüm öncül qüvvə olan regional haba çevrilmək üçün müstəqil şəkildə xeyli səy göstərib”.

Ekspertin qənaətincə, ABŞ-ın yeni administrasiyası ölkənin geosiyasi mənafeyi baxımdan Azərbaycana daha çox diqqət yetirməlidir. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh ab-havasının yaranması da mühüm amildir:

“ABŞ da bunlara öz töhfəsini verə bilər. Azərbaycan inkişaf edərək burada ABŞ maraqlarının daha geniş təmsil olunmasını təmin etdi. Dağlıq Qarabağ münaqişəsi isə ABŞ-ın regionda daha fəal olmasının vacibliyini göstərdi”.
Xəbəri paylaş