Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ukrayna turizm əməkdaşlığını genişləndirəcək



Newscenter.az.18.12.2020. Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclasında çıxış edib.

Newscenter.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sədr çıxışında bildirib ki, Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək.

İclasda Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, müəyyən şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun təşkili, sərgilərdə qarşılıqlı iştirak, marketinq tədbirlərinin keçirilməsi, pandemiyadan sonrakı dövrdə turizmin bərpası məqsədilə mümkün birgə tədbirlər barəsində müzakirələr aparılıb.

F.Nağıyev Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətlərinin turizm sahəsinə təsirindən danışıb. O, son illərdə Azərbaycan ilə Ukrayna arasında istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə uğurlu tərəfdaşlıq əlaqələrinin genişləndiyini, Ukraynadan Azərbaycana gələn turistlərin sayının artan istiqamətdə olduğunu qeyd edib. Sədr pandemiya ilə əlaqədar təxirə salınan tədbirlərin postpandemiya dövründə davam etdiriləcəyini, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlərin təşkil olunacağını əlavə edib.

F.Nağıyev 30 illik işğaldan sonra Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi və Qarabağın azad olunması barəsində məlumat verərək hər zaman ölkəmizə dəstəyini ifadə edən Ukraynaya təşəkkürünü bildirib.

Onlayn təşkil olunan iclasda Ukrayna tərəfdən nümayəndə heyətinin rəhbəri, Ukrayna mədəniyyət və informasiya siyasəti nazirinin müavini Larisa Petasyuk çıxış edərək öz növbəsində Azərbaycan və Ukrayna arasında turizm əlaqələrinin inkişafının vacibliyini qeyd edib.

Görüşdə hər iki tərəfdən turizm üzrə dövlət qurumları ilə yanaşı, özəl təşkilatların və ictimai birliklərin nümayəndələri də çıxış edib.

Mehman

Xəbəri paylaş