Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Danışıqlar prosesinin pozulmasına yönələn bu təxribatçı tezis cavabsız qala bilməzdi"



Newscenter.az.18.12.2020. “2019-cu ilədək danışıqlar prosesi - sonradan məlum olduğu kimi, imitasiya ilə davam etsə də, 2019-cu ildən başlayaraq bu, mahiyyət etibarilə dayanmışdı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

“Mənim ATƏT-in Minsk qrupunun həmsədrləri ilə çoxsaylı görüşlərim mahiyyət etibarilə vasitəçilərin də prosesi irəli aparmaq üçün yeni ideyalara sahib olmadığını nümayiş etdirib, çünki Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq üçün əlindən gələni edirdi. Həm də ki, onlar işğal olunmuş ərazilərdə aktiv şəkildə məskunlaşdırma ilə məşğul olurdular ki, bu da Cenevrə Konvensiyasına əsasən, hərbi cinayətdir. Beləliklə, 2019-cu ildən Ermənistan rəhbərliyi yeni taktikaya əl atmağa başladı. Mahiyyət etibarilə danışıqların imitasiyasından imtina danışıqlar prosesinin pozulmasına dəyişdi. Mənim sözlərimin təsdiqini həm Ermənistan hərbi-siyasi rəhbərliyinin rəsmi açıqlamalarında, həm də təxribatçı hərəkətlərində görmək olar. Onlardan sadəcə bəzilərini misal çəkəcəyəm.

Beləliklə, Ermənistanın keçmiş müdafiə naziri ABŞ-da səfərdə olarkən açıq şəkildə bəyan edib ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Ermənistanın ali hərbi komandanının bu açıqlaması mahiyyət etibarı ilə Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini tamamilə nümayiş etdirir. Görünür, onlara 1 milyon azərbaycanlıya verdikləri əzab kifayət etməyib, onlara yeni ərazilər də lazım olub ki, bu da nə beynəlxalq hüquq, nə də insani mənəviyyət baxımından qəbulediləndir. Maraqlıdır ki, bu bəyanat ABŞ-da verilib. Bu yeganə bəyanat idi, bir də belə açıqlama olmayıb. Ermənistanın baş nazirinə gəldikdə isə o, 2019-cu ildə işğal olunmuş ərazilərdə açıq şəkildə “Qarabağ Ermənistandır. Nötqə” bəyanatını verib. Təbii ki, danışıqlar prosesinin pozulmasına yönələn bu təxribatçı tezis cavabsız qala bilməzdi. Mən cavab olaraq bildirdim ki, “Qarabağ Azərbaycandır və nida”. Kimin haqlı olduğunu isə tarix göstərdi”, - Azərbaycan Prezidenti bildirib.
Xəbəri paylaş