Newscenter.az.22.12.2020. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) və Aqrar İnkişaf Könüllüləri Təşkilatı (AİKT) qələbə ilə başa çatan Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasını davam etdirir.
Newscenter.az xəbər verir ki, növbəti aksiya Saatlı rayonunda baş tutub. Aqrar İnkişaf Könüllüləri Saatlıdan olan 33 şəhidin hər birinin xatirəsinə şam ağacı əkiblər. Bundan əvvəl analoji aksiya Kürdəmir rayonunda keçirilib. Könüllülər Kürdəmirdən olan şəhidlərin xatirəsinə 35 ağac əkmişdilər.
Qeyd edək ki, KTN-nin BHİK və AİKT tərəfindən ilin sonuna kimi Vətən müharibəsində həlak olan 2783 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkənin bütün rayon və şəhərlərində ağacəkmə aksiyası keçiriləcək.
Orxan