Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Postpandemiya dövründə dünyanın quvvələr balansında çox ciddi dəyişikliklər olacaq



Newscenter.az.22.12.2020.
"Türkiyə ilə İsrail arasında münasibətlərdə yaxınlaşma başlayır. Bununla bağlı hər iki dövlətin rəhbərliyində iradə uyğunluğu var. Bu prosesə qarşı olan quvvələr olsa da, buna mane ola biləcəkləri inandırıcı deyil".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Xəyal Bəşirov deyib ki, bu prosesdə Azərbaycanın da özünəməxsus rolu var və bundan sonra da olacaqdır:

"Bu hal regionda quvvələr balansının dəyişilməsinə də təsir edəcək. Artıq geosiyasətdə də ciddi dəyişikliklərin baş verəcəyinin simptomları görünməkdədir".

Xəyal Bəşirov bildirib ki, postpandemiya dövründə dünyanın quvvələr balansında çox ciddi dəyişikliklər olacaq:

"Hətta hər birimizi təəccübləndirəcək illərin ənənəvi münasibətlərində də, dəyişikliklərin olacağı gözlənilir. Görünən odur ki, dünyaca məşhur bir çox siyasət və diplomatiya adamlarının proqnozları belə iflasa uğraya bilər".

Anar
Xəbəri paylaş