Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətçiliyimizin və zəfər tariximizin simvolu



Newscenter.az.23.12.2020. Prezident İham Əliyev Azərbaycanın milli qürur və dövlətçiliyimizin simvoludur. Azərbaycan Onun Siyasi uzaqgörənliyinin, müdrik dühasının və əsil lider məharətinin sayəsində müstəqil, suveren dövlət kimi adını müasir tarixinizə qıızıl hərflərlə yazdırmışdır. Respublikamız Onun Liderliyi ilə dövlət quruculuğu tarixinin yeni intibahının mərhələsində İnamla irəliləməkdədir.

Prezident İlham Əliyev Xalqın ideallarının lideridir. O, Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini davam və inkişaf etdirən, Zirvəyə daşıyan yeganə Lider olduğunu ötən 17 illik şərəfli misilsiz siyasi fəaliyyəti ilə təsdiqləyibdir.
Cənab İlham Əliyev hər zaman Xalqa arxalanıb, Xalqın iradəsi ilə İrəliyə addımlayıb. O, hər zaman yalnız Uğur qazanıb, Zəfər həmişə onu addım-addım izləyib.

Uğur və Qələbə Onun alın yazısıdır. 44 günlük Vətən Savaşı da Onun Taleyinə yazılmış Uğur salnaməsidir.

Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vurdu və parlaq Qələbə qazanmaqla ərazilərimizi azad etdi, eyni zamanda, işğalaa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı.
Böyük Qələbə Onun 2 əsrə yaxın Siyasi tariximizi yenidən yazması deməkdir. Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, siyasi liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və geri qaytarılmasına nail oldu.
Cənab İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil oldu.

Onun birbaşa diqqəti və qayğısı sayəsində Azərbaycanın Yenilməz Ordusu formalaşdı, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəldi. Bu Möhtəşəm Ordu düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı. Xalq öz Ordusunun yenilməzliyini, Müzəffər Ali Baş Komandanını Böyüklüyünün və Əsil Sərkərdə qabiliyyətinin şahidi oldu.

Müzəffər Ali Baş Komandan bu çətin və dar günlərdə, dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlının həmrəyliyinə, mənfur düşmənə qarşı vuruşmaqda əzmkar, qəhrəman olmağı bacaran, ümumi amal və mənafe naminə Milli Birliyinə nail oldu. O, ölkəmizin azadlığı, ərazi bütövlüyü naminə siyasi ambisiyaları bir kənara qoyaraq bütün insanları Xalqı Dəmir Yumruq kimi öz ətrafında birləşdirməyi bacaran Möhtəşəm Lider olduğunu təsdiqlədi.

Bu gün Azərbaycan dünənkindən daha güclüdür, İlham Əliyev bu gün dünənkindən daha güclüdür, qüdrətlidir. Onun inamla, imanla, təmkinlə uzaqgörən və ecazkar praqmatik siyasi müdrikliyi Azərbaycanın dünyada gücünü artırmaqdadır. Bunun nəticəsidir ki, bəzi bəzi daxili və xarici qüvvələr Güclü Azərbaycanı qısqandığı kimi, Onun Liderini də qısqanır, qorxurlar. İlham Əliyev üçün Azərbaycan və Xalq var. Çünki O hər bir azərbaycanlının rəhbəridir, qürur mənbəyidir. İlham Əliyev və Xalqın dərin ünsiyyəti bu gün ən möhkəm təməl və güc mənbəyidir.

İlham Əliyev Xalqımızın yeganə Yol seçdiyi Heydər Əliyev Siyasətinin Parlaq Simasıdır. O, Heydər Əliyevin Ogludur, Xalqın Ogludur.
Cənab Prezident İlham Əliyevin 59 yaşı tamam olur.

Mən də Cənab Prezidenti doğum günü münasibətilə ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavan gələcəyi naminə həyata keçirdiyi məqsədyönlü və əzmkar fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professsor

Xəbəri paylaş