Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər yalançı ideologiyalarının çöküşündən doğan fəlakətlə üz-üzədirlər



Newscenter.az.26.12.2020. "İstənilən ssenari Nikol Paşınyan üçün heç bir müsbət nəticə gətirməyəcək. Cəmiyyət hələ də qısamüddətli müharibədə darmadağın edilməsinin şokunu yaşayır və belə demək olarsa, bu şok hələ yeni və istidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri beynəlxalq məsələlər üzrə Yeganə Hacıyeva səsləndirib. O, deyib ki, bu gün ermənilər təkcə müharibənin yox, həm də yalançı ideologiyalarının çöküşündən doğan fəlakətlə üz-üzədirlər:

"Ermənilər indiyədək inandıqları “Böyük Ermənistan” ideologiyasının əslində heç nəyə yaramadığının, yalan olduğunun şahididirlər və hazırda bunun fəsadlarını yaşayırlar. Yaşadığı faciənin miqyasını hər keçən gün daha çox anlayan cəmiyyət Nikol Paşınyanı hər gün daha çox günahlandırır və nifrət edir.
Bu gün erməni cəmiyyətinin Nikol Paşınyana nifrəti sadəcə müharibəni uduzmuş uğursuz baş nazirə nifrət deyil. Bu, erməni cəmiyyətini birləşdirən ideologiyanın, erməni həyat tərzinin, erməni düşüncəsində fundamental əsasların yararsız olmasının anlayışından doğan nifrətdir".

Yeganə Hacıyeva bildirib ki, bütün məğlub xalqları birləşdirən ümümi cəhət var, bu gün ermənilər üçün də o cəhət xarakterikdir:

"Cəmiyyətin fikirincə, öncəki hakimiyyətlər onlardan çox şeyi: rifahı, iqtisadi, təbii və s. resursları oğurladısa, Nikol Paşınyanın rəhbərliyi ilə hakimiyyətə gəlmiş müxalifət onlardan hər şeyi, ən əsası, gələcəyə inamı oğurladı".

Anar
Xəbəri paylaş